Yolda ölənlər çoxalıb - 75

Yolda ölənlər çoxalıb - 75
  01 Aprel 2013    Oxunub:1462
2013-cü il yanvarın 1-dən mart ayının 30-dək 251 yol-nəqliyyat hadisəsi baş verib.
Hadisələr nəticəsində 75 nəfər ölüb, 272 nəfər isə xəsarət alıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov AzVision.az-a məlumat verib.

Ötən 3 ay ərzində Bakıda törədilmiş yol-nəqliyyat hadisələrinin, eləcə də ölən və xəsarət alanların sayı ötən illlə müqayisədə daha çoxdur.

Vaqif əsədovun sözlərinə görə, hadisələrin törədilməsinə əsasən sürət həddinin aşılması (49%), piyadaların vurulması (51%), ötmə-manevretmə qaydalarının pozulması (27 %), yol ayrıclarını keçmə qaydalarının pozulması (18%) və digər qayda pozuntuları səbəb olub.


Teqlər:  





Xəbər lenti