Bakıda 16 yaşlı qızın intiharının səbəbi açıqlandı

 Bakıda 16 yaşlı qızın intiharının səbəbi açıqlandı
  15 Oktyabr 2021    Oxunub:1135
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı məlumat yayıb.
Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, dərhal Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə əlaqə saxlanılıb.

Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə 16 yaşlı A.E əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış.

İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib. Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.

Azvision.az


Teqlər: İntihar  





Xəbər lenti