"Taliban" hökimətinin XİN rəhbəri Türkiyədə - YENİLƏNİB

 "Taliban" hökimətinin XİN rəhbəri Türkiyədə -  YENİLƏNİB
  14 Oktyabr 2021    Oxunub:1850
"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə gəlib.
Azvision.az "TRTHaber"ə istinadən xəbər verir ki, heyət Qətərin paytaxtı Dohadan Türkiyəyə səfər edib.

Türkiyənin bəzi rəsmiləri ilə danışıqlar aparacaq Mottaki xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşəcək.

***
"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə rəsmi səfər edəcək.
Azvision.az "Bakhtar" agentliyinə istinadən xəbər verir ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə həyata keçirilir.

Bu, "Taliban"ın Əfqanıstanda hakimiyyətə gəlməsi və yeni hökumət qurulmasından sonra ilk belə səfərdir. Görüşlərdə ikitərəfli münasibətlər, humanitar yardım, ticari-iqtisadi məsələlər müzakirə olunacaq.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Əfqanıstan   Türkiyə  





Xəbər lenti