Türkiyədə virusdan daha 236 nəfər vəfat edib

Türkiyədə virusdan daha 236 nəfər vəfat edib
  13 Oktyabr 2021    Oxunub:561
Türkiyədə son sutka koronavirusdan 236 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 361 164 nəfər test edilib, 31 248 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 30 331 nəfər sağalıb.

Azvision.az




Teqlər: Türkiyə   Virus  





Xəbər lenti