"İran dünyanı aldadır" - Yair Lapid

   "İran dünyanı aldadır" -    Yair Lapid
  13 Oktyabr 2021    Oxunub:677
"İran nüvə proqramı ilə bağlı danışıqlara fasilə verildiyi bir vaxtda, nüvə silahı yaratmağa yaxınlaşır".
Azvision.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid Vaşinqtonda keçirilən mətbuat konfransında deyib.

"Danışıqların gecikməsi İranı nüvə bombasına yaxınlaşdırır", - Lapid əlavə edib.

Onun sözlərinı görə, Tehran danışıqlarını qəsdən ləngitməklə, dünyanı aldatmağa çalışır: "Əslində, uranı zənginləşdirməklə məşğuldur. Danışıqların gecikdiyi hər gün İranı nüvə bombasına bir addım daha yaxınlaşdırır. Buna yol verməmək üçün İsrailin hər cür lazımi tədbirlər görmək hüququ var", - XİN rəhbəri vurğulayıb.

Xatırladaq ki, Yair Lapid ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti ilə Birləşmiş Ştatlara səfər edib.

Azvision.az




Teqlər: İsrail   İran  





Xəbər lenti