`Boeing 777`də ölənlərin qohumları kompensasiya alacaq

`Boeing 777`də ölənlərin qohumları kompensasiya alacaq
  25 Mart 2014    Oxunub:1099
Azvision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, uzun axtarışlardan sonra ötən gün Hind okeanında qalıqları tapılan Malayziya hava yollarına məxsus təyyarənin içərisindəkilərdən heç kim sağ qalmayıb.

Qəzaya uğrayan "Boeing 777"-nin içərisində 239 nəfər olub. Ölənlərin qohumlarına kompensasiya təklif edilib.

Ölənlərin hər biri üçün yaxınlarına 5 min dollar kompensasiya veriləcək. Aviaşirkət əlavə ödənişlər də edəcək.

Qeyd edək ki, içərisində 239 nəfər olan təyyarə Kuala Lumpurdan Çinə gedirdi. Təyyarə mart ayının 8-də havaya qalxdıqdan qısa müddət sonra radarlardan itmişdi. Hava gəmisinin axtarışına bir necə ölkə onlarla texnikası ilə cəlb edilmişdi.

Onu terrorçuların qaçırdığı da istisna edilmirdi. Lakin ötən gün Hind okeanında onun qalıqları aşkar edilib.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar qalıqların axtarışı dayandırılıb. Avstraliya dəniz təhlükəsizliyi idarəsi (AMSA) hava şəraiti yaxşılaşan kimi axtarışların yenidən bərpa ediləcəyini açıqlayıb.


Teqlər:  





Xəbər lenti