Kəhrizlərin atlası hazırlanıb

Kəhrizlərin atlası hazırlanıb
  13 Oktyabr 2021    Oxunub:1114
Azərbaycan Mİlli Elmlər Akademiyasının Coğrafiya İnstitutu tərəfindən Azərbaycan kəhrizlərinin atlası hazırlanıb.
İnstututdan Azvision.az -a verilən xəbərə görə, atlas BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Koreya Beynəlxalq İnkişaf Agentliyinin (KOİCA) maliyyə dəstəyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, “Azərsu” ASC-nin rəsmi dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi əsasında hazırlanıb.

İnstitutun dissertantı Rauf Əmənovun sahibi olduğu “Caucasus Geo Survey” MMC-nin ərsəyə gətirdiyi atlasda Azərbaycanın bölgələrində yerləşən hər bir kəhrizin texniki qiymətləndirilməsi öz yerini tapıb, kəhrizlərin su sərfi, yerli əhali üçün içməli olub-olmaması və s. haqqında məlumatlar toplanıb.

Layihəyə əsasən azkahriz.az saytı işlənərək istifadəyə verilib və eləcə də kəhrizlərin ölkə ərazisində coğrafi paylanması xəritəsi də hazırlanaraq çap edilib.

Azvision.az



Teqlər: Kəhriz  





Xəbər lenti