Ceyhun Bayramov Belarusa gedib

  13 Oktyabr 2021    Oxunub :283
 Ceyhun Bayramov Belarusa gedib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa səfərə gedib.
Nazirlikdən Azvision.az - a verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Azvision.az

Teqlər: Ceyhun-Bayramov   Belarus  







Xəbər lenti