Moskvada Azərbaycan, Rusiya, Ermənistan dini liderlərinin görüşü keçirilir

 Moskvada Azərbaycan, Rusiya, Ermənistan dini liderlərinin görüşü keçirilir
  13 Oktyabr 2021    Oxunub:605
Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.
Azvision.az xəbər verir ki, görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilir.

Dini liderlər Rusiya tərəfinin təşəbbüsü ilə bir araya gəlib. Dünən isə A.Paşazadə və Kirill arasında ikitərəfli görüş keçirilib.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Moskva   Dini-liderlər   Görüş  





Xəbər lenti