Hindistanda 2 yaşdan kiçik uşaqlara COVİD-19 vaksini vurulacaq

  12 Oktyabr 2021    Oxunub :252
Hindistanda 2 yaşdan kiçik uşaqlara COVİD-19 vaksini vurulacaq
Hindistanda 2 yaş və ondan kiçik uşaqlara koronavirus peyvəndi vurulacaq. Hökumət artıq "Bharat Biotech" şirkətinin "Covaxin" vaksininin azyaşlılar üçün istifadə edilməsinə icazə verib.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Hindistan hökumətinin yaydığı məlumata görə artıq 944 milyon vətəndaş vaksinasiyadan keçib.

"Bharat Biotech" isə Hindistanın səhiyyə sistemini çökdürən pandemiyanın dağıdıcı ikinci dalğasından sonra uşaqlarla bağlı da addımlar atmağa başladı. İyun ayında şirkət uşaqlarda Covaxin peyvəndin sınaqlarını apardı.

Tural Tağıyev
Azvision.az

Teqlər: Hindistan   Vaksin   Uşaq  







Xəbər lenti