Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  25 Mart 2014    Oxunub:968
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Temperatur gecə 4-6°, gündüz 13-15° isti, Bakıda gecə 4-6°, gündüz 13-15° isti olacaqdır. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcəkdir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gündə Abşeron rayonunda meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaqdır.Temperaturun gecə 1-6°, gündüz 17-22° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir.Temperatur gecə 0-5, gündüz 14-19° isti olacaqdır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.Havanın temperaturunun gecə 0-5°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 16-21° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz, səhər dağlarda duman, çiskin olacaqdır.
Havanın temperaturunun gecə 4-7°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti