Serjikə Baden-Badenə görə cinayət işi açıldı

Serjikə Baden-Badenə görə cinayət işi açıldı
  12 Oktyabr 2021    Oxunub:1751
Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serjik Sarkisyana cinayət işi açıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub.

Cinayət işi Sarkisyanın 2008-2017-ci illərdə prezident təyyarəsi ilə hər hansı bir zərurət olmadan Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlıdır. O, vəzifə səlahiyyətlərindən sui -istifadə ittiham olunur.

Hərçənd, qumarbaz Serjikin Baden-Badenə niyə getdiyini anlamaq çətin deyil.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin deputatı Xaçatur Sukiasyan üçüncü prezidenti korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittham edərək, onun Baden-Badendə kazinolarda 100 milyon dollara yaxın vəsait xərclədiyini bildirmişdi.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Serj-Sarkisyan   Cinayət-işi  





Xəbər lenti