Ordumuz Tiqranın 76 nəfərlik dəstəsini 4 saata məhv edib

 Ordumuz Tiqranın    76 nəfərlik dəstəsini 4 saata    məhv edib
  12 Oktyabr 2021    Oxunub:3871
İkinci Qarabağ müharibəsinin ildönümündə erməni mediası uğursuz hərbi əməliyyatlarla bağlı maraqlı məlumatlar yaymaqda davam edir. Azvision.az xəbər verir ki, bu gün KİV-də tanınmış hərbi bloger Aram Gevorqyanın Hadrut döyüşləri ilə bağlı üzə çıxardığı yeni faktlar dərc edilib.
Daha çox müəmmalı məsələləri araşdıran Gevorqyan Hadrut istiqamətində qısa müddətdə 76 döyüşçünün məhv edilməsini üzə çıxarıb. O, artıq Azərbaycanın nəzarətinə keçmiş qəsəbəyə mənasız yerə dəstə göndərməyi cinayət kimi qiymətləndirib.

Ordumuzun məhv etdiyi 5 dil bilən kəşfiyyatçı: Komandiri onu atıb qaçıb
- Bu gün Tiqranın ölümündən bir il keçir. Düz bir il əvvəl, oktyabrın 11-də Şaxbaryan Tiqranentsin 76 nəfərlik dəstəsi artıq azərbaycanlıların nəzarətində olan Hadruta göndərilmişdi. 4 saatdan çox davam edən döyüşlərdən sonra 76 ermənidən heç biri sağ qalmadı... Məlum əməliyyatdan bir il ötsə də, indiyə qədər günahkarlardan heç kim cəzalandırılmayıb-,Gevorqyan gileylənib.

Qeyd edək ki, Aram Gevorqyan ölkəsində hökumətin gizlin saxladığı hərbi məlumatları aşkarlaması ilə tanınır. O son bir ildə müharibədə ölən xeyli sayda erməni döyüşçünün adının rəsmi şəkildə açıqlanan itki siyahısında olmamasını üzə çıxarıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Hadrut   Döyüş  





Xəbər lenti