Bu gün Dünya Vərəmlə Mübarizə Günüdür

Bu gün Dünya Vərəmlə Mübarizə Günüdür
  24 Mart 2014    Oxunub:1195
Azərbaycanda vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin üzvü Ramil Vəlibəyov vərəmlə mübarizə sahəsində görülən işlərlə bağlı Bakıdakı 4 nömrəli vərəm əleyhinə dispanserin baş həkimi Sədaqət Vəliyevaya sorğu ilə müraciət edib.

Dispanserin baş həkimi, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirmişdir ki, bu gün Azərbaycanda vərəm xəstələrinə göstərilən diqqət və qayğı dünyanın bir çox dövlətlərinə nümunə ola bilər. Ölkəmizdə fəaliyyət göstərən vərəm dispanserlərində və ərazi poliklinikalarında yaradılmış xüsusi otaqlarda (DOT kabinetlərdə) vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Onlara pulsuz dərmanlar verilir, uzaqdan gələn xəstələrə hətta yol xərci də ödənilir.
Sədaqət Vəliyeva vurğulamışdır ki, hazırda dünyada vərəmin dərmana davamlı formalarının müalicəsi üçün xüsusi proqram yaradılmışdır. Bunun isə səbəbləri müxtəlifdir. Şəraitdən asılı olaraq aparılan müalicə zamanı dərmanların səmərəsi olmadıqda, onlar vaxtında qəbul edilmədikdə və xəstə öz müalicəsinə qeyri-ciddi yanaşdıqda mikrobların dərmana davamlı formaları meydana çıxır. Ona görə də bu gün Azərbaycanda xəstəliyin dərmana davamlı formalarının müalicəsi üçün xüsusi proqram hazırlanmışdır və uğurla reallaşdırılır. Bu cür xəstələrin müalicəsi üçün isə iki il vaxt və təqribən 50 min manat xərc tələb edilir. Söz yox ki, bu vəsaiti də Azərbaycan dövləti ödəyir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, bu gün ölkəmizdə vərəm əleyhinə mübarizə vərəm dispanserlərində aparılır. Eyni zamanda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda referens laboratoriyalar fəaliyyət göstərir. Xəstələrdən toplanmış bəlğəm nümunələri həmin laboratoriyalarda yoxlanılır və aşkar edilən dərmana davamlı formalar Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya təqdim olunur. Həmin komissiya isə bu cür xəstələri müalicəyə cəlb edir. Komissiyanın rəyinə əsasən, dərmana davamlı xəstələrin müalicəsi cərrahiyyə və ya konservativ yolla aparılır. Bunun üçün isə xüsusi formalaşdırılmış 6 nömrəli vərəm əleyhinə dispanser yüksək səviyyədə təmir olunaraq, istifadəyə verilib.

4 nömrəli vərəm əleyhinə dispanserin baş həkimi demişdir ki, ölkədə 2007-ci ildən bu günədək 1000-ə yaxın belə xəstə aşkarlanmış və onlar müalicəyə cəlb olunmuşlar. Onların arasında müalicəsini bitirənlər də vardır. Lakin Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiya müayinələri davamlı olaraq həyata keçirir və prosesi nəzarətdə saxlayır.


Teqlər:





Xəbər lenti