Avstraliyada Novruz bayramı qeyd olundu

Avstraliyada Novruz bayramı qeyd olundu
  24 Mart 2014    Oxunub:1193
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Sidneydə Novruz bayramı münasibətilə tədbir keçirilib.

Azərbaycan, Türkiyə və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan və türk diasporunun nümayəndələri, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Bayram tədbirinə Azərbaycanın Avstraliyadakı səfirliyinin nümayəndəsi Araz Xasıyev, Türkiyənin Avstraliyadakı baş konsulunun müavini Cəfər Aşık, Türk Quruluşları Federasiyasının prezidenti Dursun Candəmir, Yeni Cənubi Uels ştatı parlamentinin üzvü xanım Barbara Peri, Parramatta dairəsindən federal parlamentinin üzvü xanım Culi Ouens qatılıblar.

Rəsmi hissəsində çıxış edən Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti, Türk Quruluşları Federasiyasının vitse-prezidenti İmamətdin Qasımov iştirakçılara Novruz bayramının tarixi barədə məlumat vermiş, Novruz bayramının YUNESKO-nun dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyi, habelə 21 mart tarixinin BMT tərəfindən Beynəlxalq Novruz Günü elan edildiyi bildirib.

Daha sonra çıxış edən, Barbara Peri və xanım Culi Ouens Azərbaycan və Türk icmasının Avstraliyada kompakt yaşadıqları qəsəbələrin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamağa başladıqlarını və belə bayramların birliyi, həmrəyliyi və saflığı təcəssüm etdirdiyini qeyd edərək, Novruz bayramı münasibəti ilə iştirakçıları və Azərbaycan xalqını təbrik ediblər.

Qonaqlara Azərbaycanın musiqisi və milli mətbəxinin nümunələri təqdim olunub.

Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın Səsi” (Voice of Azerbaijan) radiosu bu həftəki burxaılışını Novruz bayramına həsr etmişdir. Radioproqramın rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə çıxan verilişdə Novruz bayramının tarixi, xalq yaradıcılığında vəsfi və milli bayram kimi qeyd edilməsindən söhbət açılıb.


Teqlər:





Xəbər lenti