Suriyada döyüşən vəhabi Sumqayıtlda tutuldu
O, Suriyaya Türkiyənin Hatay vilayətindən keçdiyini, bu barədə doğmalarına heç bir məlumat vermədiyini deyib. Rasim Bədəlov Suriyada Əsəd rejiminə qarşı döyüşdüyünü, sonradan isə onların qəddarlağını görüb, bundan qorxduğu üçün geri dönməyə qərar vediyini etiraf edib.
O, səhf yolda olduğunu da boynuna alıb. Rasim Bədəlov idmançıdır və vəhhabi təriqətinə mənsubdur. Saxlanılan şəxsin ötən il Sumqayıtda baş verən sələfi və xəvarici təriqətlərindən olan şəxslər arasında silahlı insidentdə iştirakı da istisna edilmir.
Bu arada Suriyada çeçen millətindən olan bir şəxsin komandanlığı altında azərbaycanlılardan ibarət dəstənin Suriyanın əl-Bab şəhərini ələ keçirdikləri barədə məlumatlar dolaşır.
Çeçen komandirin nəzarətində Qafqaz millətlərindən olan qruplar və xeyli sayda avtomobil var. Bu dəstələrdə keçmiş sovet ölkələrindən 10 mindən artıq mücahid var, Qafqazlıların sayı isə 1000 nəfərdir. Bu dəstələrin döyüşçüləri arasında milli qarşıdurmaların başladığı bildirilir.
Teqlər: