Kriminal xronika

Kriminal xronika
  24 Mart 2014    Oxunub:1165
Cinayət törətdiklərinə görə 15 nəfər tutulub.
Martın 23-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 47 cinayət faktından 25-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan beş nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 8 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli beş, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 15 nəfər tutulub.


Teqlər:





Xəbər lenti