Ukrayna sərhədçiləri 4 Azərbaycan vətəndaşını saxlayıb

Ukrayna sərhədçiləri 4 Azərbaycan vətəndaşını saxlayıb
  24 Mart 2014    Oxunub:1066
Ukraynada sərhədçilər dörd Azərbaycan vətəndaşını saxlayıblar.

AzVision.az xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, Moskvadan Dnepropetrvosk və Xarkov şəhərlərinə gedən Azərbaycan vətəndaşının sənədlərinə vurulan möhürün saxta olduğu aşkarlanıb.

Həmin hal “Xutor Mixaylovskiy” sərhəd-keçid məntəqəsində, Ukrayna vasitəsi ilə Moldovaya üz tutan digər Azərbaycan vətəndaşının pasportunda da müşahidə olunub.

Eyni hadisə Kiyevin “Borispol” beynəlxalq hava limanında da baş verib.

Burada isə Tiflisdən gələn iki Azərbaycan vətəndaşının pasportuna vurulan möhürün saxta olduğu qeydə alınıb.


Teqlər:





Xəbər lenti