Bayram günləri 67 qəza baş verib- 15 ölü

Bayram günləri 67 qəza baş verib- 15 ölü
  24 Mart 2014    Oxunub:901
AzVision.az xəbər verir ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi 4 gündə 67 yol nəqliyyat hadisəsi qeydə alındığını bildirib.

Bayram günlərində ölkə ərazisində 67 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə məlumatı anspress-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev verib.

Bayram günlərində baş verən qəzalar nəticəsində ümumilikdə 15 nəfər dünyasını dəyişib, 91 nəfər isə yaralanıb. Yol nəqliyyat hadisələrinin 20-si paytaxt Bakıda qeydə alınıb. Ölüm faktlarının 2-i, yaralıların isə 35-i paytaxtın payına düşür.

Mart ayının 20, 21, 22, 23 24-də 17856 nəfər inzibati xəta törədib. 5815 nəfər sürət həddini aşdığı, 550 nəfər ötmə qaydasını pozduğu, 2364 nəfər isə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə cərimələnib.

Dörd gün ərzində 431 sərxoş sürücü aşkarlanıb.


Teqlər:





Xəbər lenti