Suriyada daha 15 azərbaycanlı öldürüldü

Suriyada daha 15 azərbaycanlı öldürüldü
  24 Mart 2014    Oxunub:829
Son 3 gün ərzində Suriyada dövlət qüvvələrinə qarşı döyüşən daha 15 azərbaycanlı öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə Suriyada yaşayan həmyerlilərimizdən biri "Jam.az"a xəbər verib.

Məlumatda deyilir ki, onlar ard-arda keçirilən əməliyyatlarda, Derra və Hələb istiqamətində gedən döyüşlərdə həlak olublar.

Suriyadakı azərbaycanlıların elə döyüşdükləri ərazilərdə dəfn olunduğu bildirilr.

Xatırladaq ki, Suriyada döyüşən azərbaycanlıların sayı rəsmi olaraq məlum deyil. Məlumatlara görə, onların ümumi sayı 150 nəfərə yaxındır. Amma bu rəqəm çox da ola bilər.

Həmin həmyerlilərimizin əksəriyyəti vəhabi dini cərəyanının üzvləridir və onların Suriyaya göndərilməsi də vəhabi şeyxlərinin apardığı ideoloji təbliğatın nəticələridir.


Teqlər:





Xəbər lenti