Azərbaycanda avtomobil oğruları yaxalanıb

Azərbaycanda avtomobil oğruları yaxalanıb
  24 Mart 2014    Oxunub:1050
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 23-nə keçən gecə Salyan şəhərinin ərazisindən şəhər sakini Nazim Məmmədyarova məxsus "QAZ-2705" markalı avtomobil qaçırılıb.

Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Bakı şəhər sakini Hüseyn Məmmədəliyev və Abşeron rayon sakini Ceyhun Rəşidov Hacıqabul rayonunun ərazisində tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 21-də Mehman Cəbrayılova məxsus "Opel" markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaları və Ceyhun Xankişiyevə məxsus "VAZ-21014" markalı avtomobili qaçırmaları da müəyyən edilib.


Teqlər:





Xəbər lenti