Çempionlar Turu: Rəcəbov və Məmmədyarov qələbə qazanıb

      Çempionlar Turu:    Rəcəbov və Məmmədyarov qələbə qazanıb
  01 Oktyabr 2021    Oxunub:790
Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin altıncı turunun oyunları keçirilir.
Azvision.az xəbər verir ki, bu turda Azərbaycan təmsilçiləri ABŞ şahmatçıları ilə qarşılaşıblar. Teymur Rəcəbov Uesli Soya 3:1 hesabı ilə qalib gəlib. Şəhriyar Məmmədyarov isə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 5-ci partiyada rəqibini məğlub edən Məmmədyarov yekunda 3:2 hesablı qələbə qazanıb.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır

Azvision.az


Teqlər:





Xəbər lenti