Bakının mərkəzi prospektində sürücülər üçün yenilik

Bakının mərkəzi prospektində sürücülər üçün yenilik
  23 Mart 2014    Oxunub:1489
Bakının mərkəzində ən enli və uzun prospekt hesab edilən Heydər Əliyev prospektində yeni sürət tabloları quraşdırılır. AzVision.az Lent.az-a istinadən xəbər verir ki, prospektin metronun “Koroğlu” stansiyasından mərkəzə doğru olan istiqamətində və əksə hərəkət zolağının üzərində elektron sürət tablolarının quraşdırılmasına başlanılıb. Bu məqsədlə bu gün günorta saatlarında, nəqliyyatın intensivliyinin nisbətən azaldığı vaxt prospktin şəhər istiqamətində olan hissəsində hərəkət məhdudlaşdırılıb.

Qeyd edək ki, hazırda elektron sürət tabloları Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyasından Binə qəsəbəsindək olan hissəsində, Mərdəkan, Zuğulba prospektlərində və Bakı-Ələt yolunda var.


Teqlər:





Xəbər lenti