Fransa polisi “Qalatasaray” azarkeşlərinin gözünü yaşarda bilmədi

   Fransa polisi “Qalatasaray” azarkeşlərinin gözünü yaşarda bilmədi
  01 Oktyabr 2021    Oxunub:2332
UEFA Avropa Liqasında ikinci oyununu Fransanın Marsel klubuna qarşı keçirən "Qalatasaray"ın azarkeşləri öz komandalarını Fransada da tək qoymayblar.

Fransızlar oyundan əvvəl stadionda Yunanıstanın bayrağını açıblar. Nəticədə hələ oyun başlamamışdan atmosfer gərginləşib. Dəqiqələr keçdikcə gərginlik daha da artıb. Fransız polisi “Qalatasaray” tərəfdarlarının olduğu bölümə gözyaşardıcı qazla müdaxilə edib.


Polisin bu hərəkəti azarkeşlərin daha da qəzəblənməsinə səbəb olub. Stadiona qırmızı fişəng atılıb. Nəticədə hakim oyunu dayandırıb. Əsəblərini cilovlamaqda çətinlik çəkən “Qalatasaray” tərəfdarlarını isə klubun baş məşqçisi Fatih Terim sakitləşdirib. Oyun fasilədən sonra davam etdi.







Bəxtiyar Məmmədov
"Cim-Bom" fanatı


Teqlər: Futbol   Qalatasaray   UEFA  





Xəbər lenti