"Qarabağ" Konfrans Liqasında növbəti oyununu keçirəcək

"Qarabağ" Konfrans Liqasında növbəti oyununu keçirəcək
  30 Sentyabr 2021    Oxunub:883
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Azvision.az -ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda Kiprdə "Omoniya"nın qonağı olacaq. Nikosiyadakı GSP stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü FIFA referisi Bobbi Maddenin rəhbərliyi altında Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

"Qarabağ" I turda Bakıda İsveçrə "Bazel"i, "Omoniya" isə Qazaxıstanda "Kayrat"la qolsuz heç-heçəyə razılaşıb. H qrupu nun digər görüşündə "Bazel" "Kayrat"ı qəbul edəcək.

UEFA Konfrans Liqası

H qrupu

23:00. "Omoniya" (Kipr) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Bobbi Madden (Şotlandiya)

Nikosiya. GSP stadionu.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti