600 min avroluq ziynət əşyaları oğurlandı

600 min avroluq ziynət əşyaları oğurlandı
  23 Mart 2014    Oxunub:1260
Parisdə soyğunçular mağazadan 600 min avroluq ziynət əşyaları aparıblar.
Son bir həftədir ki, Parisin Vandom meydanı ilə Opera meydanı arasında yerləşən bahalı mağazalar oğruların hədəfinə çevrilib. AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, odlu silah və balta ilə silahlanan iki maskalı naməlum şəxs Yelisey sarayının yerləşdiyi Sən-Onere küçəsində bahalı ziynət əşyalarının və paltarların satıldığı üçmərtəbəli məşhur “Colette “ mağazasına daxil olaraq burada çalışan 6 işçini hədələməklə hər birinin qiyməti 12-13 min avro olan çoxlu sayda saat və bahalı geyim əşyaları götürüblər. Maraqlısı budur ki, soyğunçular heç bir maneə ilə üzləşmədən sakitcə mağazanı tərk edib və özlərindən sonra bir iz qoymadan aradan çıxmağa müvəffəq olublar.

Mağazaya baş çəkən Parisin birinci rayonunun meri jurnalistlərə məlumat verib ki, cinayətkarlar 600 min avrodan artıq bahalı saatlar və digər ziynət əşyaları aparıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl elə həmin küçədə yerləşən bir mağazadan qarətçilər 2 milyon avro dəyərində qiymətli ziynət əşyaları oğurlayıblar.



Teqlər:





Xəbər lenti