Putin Ərdoğana təşəkkür edib

 Putin Ərdoğana təşəkkür edib
  29 Sentyabr 1999    Oxunub:1972
Rusiya prezidenti Vladimir Putin ölkəsinə səfər etdiyi üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya lideri bildirib ki, pandemiya səbəbindən 1,5 il görüşməyiblər, bununla belə, daima təmasda olublar: “Dəvəti qəbul edib Rusiyaya gəldiyiniz üçün təşəkkür edirəm. Epidemiya il yarım ərzində şəxsən görüşməyimizə imkan vermədi. Ancaq buna baxmayaraq daim əlaqə saxladıq”.

Qeyd edək ki, Ərdoğan Rusiyada işgüzar səfərdədir.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti