NATO-nun beş gəmisi Gürcüstan sularına daxil olub

NATO-nun beş gəmisi Gürcüstan sularına daxil olub
  28 Sentyabr 2021    Oxunub:1192
NATO-ya məxsus 5 hərbi gəmi Gürcüstanın ərazi sularına daxil olub. Azvision.az
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İspaniya, İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyəyə məxsus 5 hərbi gəmidən ibarət NATO-nun Daimi Minalara Qarşı Əməliyyat Qrupu 2-yə (SNMCMG2) ispaniyalı kapitan Xavyer Nunez de Prado rəhbərlik edir. Gəmilər Batumi limanına yan alıb.

Gürcüstan və NATO sahil təhlükəsizlik gəmilərinin iştirakı ilə təlimlər Qara dənizdə keçiriləcək. Manevrlərin məqsədi Gürcüstan və NATO Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq, ölkənin müdafiəsini gücləndirməkdir. Məlumata görə, qrupunun səfəri Gürcüstanın NATO-ya üzvlüyünün dəstəklənməsinin sübutudur.

Xatırladaq ki, bu, NATO gəmilərinin il ərzində Gürcüstana sayca ikinci səfəridir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   NATO  





Xəbər lenti