Taliban İranla sərhəd keçidlərindən birini açıb

Taliban İranla sərhəd keçidlərindən birini açıb
  28 Sentyabr 2021    Oxunub:1097
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkənin şimal-qərbində İranla sərhəddə yerləşən keçid məntəqəsini yenidən açıb.
Azvision.az xəbər verir ki, bu barədə “Taliban” nümayəndəsi Əlhənəfi Vardak "Twitter"də bildirib.

"Əfqanıstanla İran arasındakı keçid məntəqəsi - "İslam-Qala” ticarət üçün yenidən açıldı”, - o qeyd edib.

“İslam-Qala” keçid məntəqəsi Əfqanıstanın Herat əyalətində yerləşir. 9 iyul 2021-ci ildə “Taliban” tərəfindən ələ keçirilib. Bundan dərhal sonra rəsmi Tehran İran-Əfqanıstan sərhədində vəziyyətə tam nəzarət edə bildiyini açıqladı.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   İran  





Xəbər lenti