Anım Günü Polşa mətbuatında

Anım Günü Polşa mətbuatında
  27 Sentyabr 2021    Oxunub:890
Polşanın “Trybuna.info” xəbər saytında Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərlinin “27 sentyabr – Anım Günü” sərlövhəli məqaləsi yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, məqalədə nəzərə çatdırılıb ki, hər bir dövlətin ərazi bütövlüyü toxunulmazdır və bunu bütün bəşəriyyət bilir.

“Təəssüf ki, hələ də qonşularının ərazi bütövlüyünə hörmət etməyən, suveren ərazisi ilə kifayətlənməyən və daim qonşularına ərazi iddiaları irəli sürən dövlətlər var. Azərbaycan da belə bir qonşu ilə qarşılaşdı”, - məqalədə qeyd edilib.

Müəllif son 30 ilə yaxın dönəmdə Ermənistanın qonşu Azərbaycan dövlətinə qarşı yürütdüyü işğalçı və təcavüzkar siyasətinin tarixi, BMT-nin qətnamələrinə baxmayaraq, işğal etdiyi Qarabağ bölgəsini tərk etməkdən imtinası, 2020-ci ildə bir sıra hərbi təxribatlara yol verərək 44 günlük Vətən müharibəsinə səbəb olduğu və sair barədə müfəssəl məlumat verib.

Qeyd edilib ki, işğal olunmuş torpaqlarımız şəhid olmuş qəhrəmanlarımızın, əsgər və zabitlərimizin qanı və canı bahasına azad edilib. “Azərbaycan hər zaman oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhuna və xatirəsinə hörmət edir. Hər il sentyabrın 27-də Azərbaycan Respublikasında ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçən, azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağını ucaldan əsgər və zabitlərimizin şərəfinə Anım Günü qeyd olunacaq”, - deyə müəllif vurğulayıb.

Azvision.az



Teqlər: Polşa  





Xəbər lenti