ÜST COVID-19-un mənşəyini yenidən araşdıracaq

ÜST COVID-19-un mənşəyini yenidən araşdıracaq
  27 Sentyabr 2021    Oxunub:769
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un mənşəyinin araşdırılmasını yenidən başlamaq üçün 20 alimdən ibarət yeni işçi qrupu yaradıb.
Azvision.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti yazır. Yeni alimlər komandasına laboratoriya təhlükəsizliyi, biomüdafiə, genetika və heyvan xəstəlikləri sahəsində mütəxəssislər daxildir. Araşdırmalar Çində və bir sıra digər ölkələrdə aparılacaq.

Yeni patogenlərin mənşəyi üzrə elmi-konsultativ qrup daimi əsasla fəaliyyət göstərəcək. O, xəstəliklərin yayılmasını araşdıracaq və yeni xəstəliklərin ortaya çıxmasına səbəb ola biləcək təhlükəli insan fəaliyyətlərini aşkar edəcək.

Azvision.az



Teqlər: ÜST  





Xəbər lenti