Belarus Qərbi ittiham edir

   Belarus Qərbi ittiham edir
  27 Sentyabr 2021    Oxunub:802
Polşa və Litva onların ərazilərinə gələn qaçqınları Belarusa qovmaq cəhdlərindən əl çəkmirlər. Bu barədə açıqlama verən Belarusun Təlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç son iki ayda sərhədçilərin 700 belə cəhdin qarşısını aldıqlarını bildirib.
Azvision.az xəbər verir ki, Aleksandr Volfoviç Belarusun ONT telekanalına açıqlamasında polşalıların və litvalıların 8,5 min qaçqını Belarus ərazisinə qovmağa cəhd göstərdiklərini deyib. Onun sözlərinə görə, qaçqınları Belarusa qovmazdan əvvəl hər gün bu zavallıları döyür, elektroşokerlərlə vururlar.

Daxili İşlər nazirinin müavini, Daxili qoşunların komandanı Nikolay Karpenkov isə Qərbin bu yolla Belarusa terrorçuları və ekstremistləri yerləşdirməyə cəhd göstərdiyini açıqlayıb.

“Avropa İttifaqı guya onların ərazisinə gəlmiş qeyri-leqal mqirantları bizim əraziyə qaytarmaq adı altında bura terroçuları və ekstremistləri göndərməyə cəhd edir. Burada sabitliyi pozmağa çalışanlar Belarusa keçirmək üçün Qərbi Avropada məşkunlaşmış və Avropa ölkələrinin istintaq təcridxanalarında dustaq olmuş İŞİD-çiləri də toplayırlar”, -Karpenkov bildirib.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Belarus   terror  





Xəbər lenti