350 jurnalist Qarabağla bağlı BƏYANAT verdi

350 jurnalist Qarabağla bağlı BƏYANAT verdi
  23 Mart 2014    Oxunub:1171
AzVision.az Modern.az saytına istinadən verdiyi xəbərə görə, martın 22-də Türkiyənin Eksişehir şəhərində keçirilən Türk Dünyası Qəzetçilər Şurasının toplantısına qatılmış dünyanın 30 ölkəsini təmsil edən 350 jurnalist Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı bəyanat qəbul edib.

bəyanatı imzalayan jurnalistlər İngiltrərə, Fransa, Almaniya, Rumıniya, Bolqarıstan, Hollandiya, Belçika, Kosova, Makedoniya, Suriya, İran, İraq, Rusiya, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və digər ölkələri təmsil edirlər.

Azərbaycanı tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərlik etdiyi 7 nəfərdən ibarət nümayəndə heyəti (Elşad Eyvazlı, Akif Aşırlı, Azər Həsrət, Aqil Camal, Əfsanə Ələsgərli, Aida Eyvazova) təmsil edir.

Bəyanatda deyilir ki, Qarabağdakı işgal qəbuledilməzdir və beynəlxalq aləm Ermənistanı zəbt etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur etməlidir.
Bəyanat xarici dillərə tərcümə edilib yayılacaq.


Teqlər:





Xəbər lenti