İsrail səfiri Qarabağ şəhidlərini yad edib

  27 Sentyabr 2021    Oxunub :306
   İsrail səfiri    Qarabağ şəhidlərini    yad edib
İsrailin Azərbaycandakı səfiri Corc Dik və diplomatik korpusun əməkdaşları Anım Günündə İkinci Qarabağ müharibəsi şəhidlərini yad edib.
Azvision.az bu barədə səfirliyin “Facebook” səhifəsinə istinadən xəbər verir.

“Bu gün Anım Günündə səfir Corc Dik və səfirliyin əməkdaşları Azərbaycan xalqı ilə həmrəy olaraq, müharibə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad etdi. Bölgəyə sülh diləyirik və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İsrail   Qarabağ   Şəhidlər  







Xəbər lenti