Artsrun dediyini deyir: "Qaçmamışıq, taktiki geri çəkilmişik"

  27 Sentyabr 2021    Oxunub :2641
  Artsrun dediyini deyir:  "Qaçmamışıq, taktiki geri çəkilmişik"
Bu gün Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür. Ötən ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın bir nömrəli dezinformasiya maşını sayılan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Ovannisyan xalqın onu hələ də təhqir etməsindən gileylənib.
Azvision.az xəbər verir ki, Ovanisyan "24" kanalına verdiyi müsahibədə ötənilki gülməli bəyanatını - taktiki geriçəkilmə ilə bağlı fikirlərini bir daha təkrarlayıb:
Erməni müxalifəti "yalan maşını"ndan əl çəkmir

- Tarixdə məğlub olan tərəfin məğlub olduğunu elan etməsi üçün tək bir nümunə göstərə bilməzsiniz. Başa düşürsünüz, birinci müdafiə zonasından tutmuş, doqquzuncuya qədər yalnız üç müdafiə zonasında geri çəkilmək problemimiz olub. Bu, qaçmaq deyil, taktiki geri çəkilmə idi.

Qeyd edək ki, Ovannisyan İkinci Qarabağ müharibəsi dövründə döyüşlər barədə yalan məlumatlar yaymaqla təxribatçı fəaliyyətlə məşğul olub. O, bu ilin aprel ayında istefa verib.
Müharibələrdə uduzan tərəfin uduzduğunu açıq deməsinə gəlincə isə, bu barədə minlərlə misal var. Sadəcə, arada tarix kitablarını vərəqləmək lazımdır.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Müharibə   Ermənistan  







Xəbər lenti