"Biz müharibəni döyüşlərin ilk saatlarında uduzmuşduq"-Vardanyan

 "Biz müharibəni döyüşlərin ilk saatlarında uduzmuşduq"-Vardanyan
  25 Sentyabr 2021    Oxunub:3224
27 sentyabr- İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümü günü yaxınlaşdıqca Ermənistanda hakimiyyət əleyhinə olan məqalə və siyasi analizlər, açıqlamalar daha da artır. Azvision.az xəbər verir ki, ziyalılar, politoloqlar, media nümayəndələri Ermənistanın ağır məğlubiyyətində əsas günahkarın baş nazir Nikol Paşinyan olduğunu düşünürlər.
Onlar cəmiyyətə aqressiya dolu fikirlərlə çağırışlar edir, kapitulyant adlandırdıqları rəhbərləri ilə gələcəklərinin olmayacağını deyirlər.

Məsələn, tanınmış erməni ictimai xadim, “Hayastan” fondunun keçmiş direktoru Ara Vardanyan bu gün yerli mediaya verdiyi açıqlamada ötən ilki hadisələri xatırlayaraq deyib ki, müharibəni davam etdirmək xalqa xəyanət imiş.

İrəvanda qalmaqallı həbs: Orduya köhnə raketlər alınırmış
-44 gündə "qələbə qazanırdıq". Əslində isə biz müharibəni onun başlanmaslndan bir neçə saat sonra uduzmuşduq. Düşmən Qarabağın müxtəlif ərazilərində yerləşən hava hücumundan müdafiə sistemləri haqqında məlumatları bizdən daha yaxşı bilirdi. Müharibə başlayandan bir neçə saat sonra hava hücumundan müdafiə sistemləri ilə birlikdə "Qarabağın səması heç vaxt bu qədər qorunmayıb" bəyanatı da məhv oldu.

Müharibənin müdafiəsiz hava ilə davam etdirilməsinin özü artıq xalqa xəyanət idi. Ancaq gələcəkdə sülhün təbliğini daha da asanlaşdırmaq üçün minlərlə qurban lazım idi.

Vardanyan qeyd edib ki, müharibənin acı nəticəsini 27 sentyabrdan xeyli əvvəl gözləmək olarmış.

-General Manvel öldürüldükdə, eks-prezident tutulduqda, əsgərə çiyələk və şaşıq verildikdə və silahı atıb bəzək düzəklə məşğul olduqda, nəhayət, "Qarabağ Ermənistandır, və nöqtə" deyildikdə sonluq artıq bəlli idi. Bu proseslərdən sonra qalan hər şey qana batmış teatr idi. Teatrsevərlərin çoxu əslində nə baş verdiyini anlamırdı.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan   Müharibə   Qarabağ  





Xəbər lenti