Ermənistanda hərbi xidmət müddəti azaldılır

   Ermənistanda hərbi xidmət müddəti azaldılır
  25 Sentyabr 2021    Oxunub:1500
Ermənistan ordusunda hərbi xidmət müddəti 20 faiz azaldıla bilər. Azvision.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya verdiyi müsahibədə bildirib.
-Hələlik bu mövzuda aydın fikir yoxdur. Amma xidmət müddətinin 20 faiz azalması ehtimalı var.

Onun sözlərinə görə, ordudakı islahatlarla bağlı bütün proseslər 2021-2026-cı illər üçün nəzərdə tutulub. Bu islahatlar artıq başlayıb, müvafiq konsepsiya təsdiqlənib və müharibədən sonrakı dövrdə bir çox işlər görülüb. Təhlükəsizlik Şurasının katibi islahatların bəhrəsinin tezliklə hiss olunacağını vəd edib.

Qriqoryan əsas diqqətin peşəkar ordunun yaradılmasına, avtomatlaşdırılmış komanda -idarəetmə sisteminin tətbiqinə yönəldiyini qeyd edib. Buna səbəb 44 günlük müharibə zamanı idarəetmə sistemində ciddi problemlər yaşanmasıdır. Müdafiə islahatlarının müəllifləri səfərbərlik sisteminin təkmilləşdirilməsinə də diqqət yetiriblər. Çünki bu sistem son bir ildə də çökdü.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Ordu  





Xəbər lenti