Minlərlə hollandiyalı vaksin pasportunun əleyhinə aksiya keçirib

Minlərlə hollandiyalı vaksin pasportunun əleyhinə aksiya keçirib
  25 Sentyabr 2021    Oxunub:939
Hollandiyanın üçüncü böyük şəhəri olan Haaqada üç min etirazçı pandemiya ilə əlaqədar tətbiq olunan bəzi məhdudiyyətlərə qarşı aksiya keçirib.
Azvision.az xəbər verir ki, etirazçılar restoranlar, festivallar, konsertlər və digər tədbirlərə gedərkən vaksin sənədi və ya koronavirus testi tələb olunmasına qarşı çıxıblar.
Etirazçılar əlində koronavirusla bağlı tələblərin ləğv edilməsini əks etdirən plakatlarla şəhərin mərkəzinə doğru irəliləyiblər.
Nümayiş səbəbindən tramvayların hərəkəti iflic olub, küçələrə isə xeyli sayda polis cəlb edilib.
Qeyd edək ki, Hollandiyada əhalinin 79.6% -i peyvəndin hər iki dozasını vurdurub.

Tural Tağıyev
Azvision.az



Teqlər: Hollandiya   Aksiya  





Xəbər lenti