Türk və rus gəmilərinin toqquşma səbəbi məlum olub

  25 Sentyabr 2021    Oxunub :415
Türk və rus gəmilərinin toqquşma səbəbi məlum olub
Bu gün Rusiyaya məxsus yük gəmisi "Rusiç-10"un Türkiyə gəmisi "Tahsin İmamoğlu" ilə toqquşmasının səbəbi açıqlanıb.
Bosfor boğazında olan qəza Türkiyə gəmisinin sükanında yaranan problemə görə baş verib. Sükanda idarəetmə ilə bağlı nasazlıq yaranıb. Azvision.az xəbər verir ki, bu barədə məlumat gəmiçilik şirkəti olan "Voljskoe paroxodstvo" tərəfindən verilib.

Şirkət "Rusiç-10"un yedəyində 11 nəfərdən ibarət heyətin olduğunu bəyan edib. Onlar Rusiya vətəndaşlarıdır və xəsarət almayıblar.

Qeyd edək ki, bu gün Türkiyənin sahil mühafizə xidməti Rusiyaya məxsus yük gəmisinin Bosfor boğazında "Tahsin İmamoğlu" adlı gəmi ilə toqquşmasına dair məlumat yayıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Gəmi   Qəza  







Xəbər lenti