BMT Təhlükəsizlik Şurasında İran və Əfqanıstan müzakirə olunub

BMT Təhlükəsizlik Şurasında İran və Əfqanıstan müzakirə olunub
  23 Sentyabr 2021    Oxunub:1206
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin xarici işlər nazirləri Baş Assambleyanın sessiyası çərçivəsində görüş keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trass "Twitter" səhifəsində məlumat verib.

“Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün iclasına sədrlik etdim. Qurumun daimi üzv ölkələrinin - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransanın gündəmində İranın nüvə proqramı, Əfqanıstan və COVID-19 mövzuları var idi”, - Trass əlavə edib.

Bundan əvvəl nazir rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə də bu mövzulara toxunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Görüş   BMT  





Xəbər lenti