Fransanın xarici işlər naziri Blinkenlə görüşəcək

Fransanın xarici işlər naziri Blinkenlə görüşəcək
  23 Sentyabr 2021    Oxunub:692
Fransanın xarici işlər naziri Jan-İv Le Drian bu gün amerikalı həmkarı Entoni Blinkenlə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayb.

“Bu gün nazir, prezidentlər Emmanuel Makron və Co Bayden arasında sentybarın 22-də baş tutmuş telefon danışığının ardından dərin məsləhətləşmələrə başlamaq üçün dövlət katibi Blinkenlə görüşəcək", - Fransa XİN-dən bildirilib.

ABŞ Dövlət Departamenti daha əvvəl belə bir görüşün mümkünlüyü barədə məlumat verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Buna səbəb Avstraliyanın Fransa ilə sualtı qayıqların tikintisinə dair layihədən imtina edərək ABŞ-la bu sahədə əməkdaşlığa başlamaq məqsədilə yeni tərəfdaşlığın elan edilməsi olub. Fransanın xarici işlər naziri bunu “arxadan vurulan zərbə” kimi xarakterizə edib.

Qeyd edək ki, ABŞ və Britaniya yeni "AUKUS" bloku çərçivəsində Avstraliyaya özünün nüvə sualtı donanmasını yaratmağa kömək edəcəyini vəd edib.
Nəticədə, Avstraliya Fransa ilə bağlanmış 56 milyard avro dəyərində olan və 12 sualtı qayığının tədarükünü nəzərdə tutan müqaviləni pozub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa   ABŞ  





Xəbər lenti