Haftar prezidentliyə namizədliyini rəsmən bəyan edəcək

Haftar prezidentliyə namizədliyini rəsmən bəyan edəcək
  23 Sentyabr 2021    Oxunub:967
Liviya Milli Ordusunun komandanı vəzifəsindən müvəqqəti olaraq ayrılan feldmarşal Xəlifə Haftar yaxın günlərdə prezident seçkilərində namizədliyini rəsmən açıqlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a ordudakı mənbə bildirib.

"Feldmarşal Xəlifə Haftar yaxın günlərdə 24 dekabrda keçiriləcək seçkilərdə Liviya prezidentliyinə namizədliyini irəli sürmək planlarını rəsmən açıqlayacaq", - mənbə bildirib.

Xatırladaq ki, çərşənbə günü Haftar ordunun komandanlığını 23 sentyabrdan 24 dekabradək general-leytenant Abdel Razzak əl-Naduriyə təhvil verib.

"General əl-Nadurinin Silahlı Qüvvələrin baş komandanı təyin edilməsi seçkilərə hazırlıq yolunda bir addımdır. Liviya tayfalarının geniş dəstəyinə sahib olan feldmarşal ölkəni terror qruplarından təmizləmək vəzifəsini davam etdirəcək", - mənbə deyib.

Regional müşahidəçilərə görə, Haftarın siyasi ambisiyaları silahlı qarşıdurma da daxil omaqla Liviya üçün yeni çətinliklər vəd edir.

Ölkədə parlament və prezident seçkiləri dekabrın 24 -nə təyin edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Liviya   Haftar  





Xəbər lenti