Rusiyada qəzaya uğrayan "An-26"nın ekipaj üzvlərinin hamısı ölüb

Rusiyada qəzaya uğrayan "An-26"nın ekipaj üzvlərinin hamısı ölüb
  23 Sentyabr 2021    Oxunub:1230
Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan “An-26” təyyarəsinin ekipaj üzvlərinin hamısı ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

"Qəza yerində ölənlərin qalıqları aşkar edilib. Sağ qalan yoxdur", - məlumatda vurğulanıb.

Təyyarənin göyərtəsində 6 heyət üzvü olub.

Xatırladaq ki, sentyabrın 22-də texniki uçuş edən “An-26”ı radarlardan itib. Sentyabrın 23-də təyyarənin düşdüyü yerdə axtarış aparılıb, heyət üzvlərinin meyitləri tapılıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Rusiya   Qəza  





Xəbər lenti