Ermənistanda koronavirusa yoluxanların sayı 255 mini ötüb

Ermənistanda koronavirusa yoluxanların sayı 255 mini ötüb
  23 Sentyabr 2021    Oxunub:461
Ermənistanda son sutka ərzində daha 939 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 255 648 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 19 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5200-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1197 nəfərdir.

Aktiv xəstələrin sayı 11 396 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti