Bir nəfəri elektrik cərəyanı öldürdü

Bir nəfəri elektrik cərəyanı öldürdü
  22 Mart 2014    Oxunub:1007
Xaçmaz rayonunun Çarxı kəndi ərazisində bir nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, "Çarxı" dəmiryolu stansiyasında ərazisində yük qatarlarında konduktor vəzifəsində çalışan Şabran rayon Xəlilli kənd sakini 1993-cü il təvəllüdlü Mahmudov Şəhriyar Məhəmməd oğlunu elektrik cərəyanı vurub. Ş.Məhəmməd hadisə yerində dünyasını dəyişib.

Faktla bağla araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti