Rusiyada keçmiş nazir mənzilində yaralı halda tapılıb

Rusiyada keçmiş nazir mənzilində yaralı halda tapılıb
  23 Sentyabr 2021    Oxunub:701
Rusiyada keçmiş nazir ölümcül halda aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Tuva bölgəsinin keçmiş Kənd Təsərrüfatı naziri Yuri Tıt-ool Qızıldakı mənzilində yaralı halda tapılıb. Onun yanında həyat yoldaşının cəsədi də olub.

"Tıt-ool reanimasiyaya yerləşdirilib. Hələlik onunla bağlı istintaq işi aparılmır. Vəziyyəti ağır, amma stabildir",-yerli saytlar yazıb.
Qeyd edək ki, Tıt-ool 2015-2016-cı illərdə Kənd Təsərrüfatı və Qida naziri vəzifəsində çalışıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti