Baydenlə Makron oktyabrın sonunda görüşəcəklər

Baydenlə Makron oktyabrın sonunda görüşəcəklər
  22 Sentyabr 2021    Oxunub:632
Fransa prezidenti Emanuel Makronla Amerika lideri Cozef Bayden arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Liderlər iki ölkə arasında etimadın qurulması üçün şərait yaratmağa yönəlmiş geniş ikitərəfli məsləhətləşmə prosesinə başlamaq qərarına gəliblər. Onlar oktyabrın sonunda Avropada görüş keçirməyi razılaşdırıblar.

Dövlət başçıları, həmçinin Avstraliya, Britaniya və ABŞ-ı da əhatə edən yeni təhlükəsizlik ortaqlığının (AUKUS) yaradılmasını müzakirə ediblər.

Xatırladaq ki, Avstraliya, Britanya və ABŞ 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yarasılmasını elan ediblər. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.

Azvision.az



Teqlər: ABŞ   Fransa  





Xəbər lenti