Türkiyədə koronavirusdan daha 242 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 242 nəfər ölüb
  22 Sentyabr 2021    Oxunub:466
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 242 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 351 655 nəfər test edilib, onlardan 28 168-nin testi pozitiv olub, 23 096 nəfər sağalıb.

İndiyədək Türkiyədə COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 106 492 764 peyvənd tətbiq edilib ki, bunun da 85,51 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Azvision.az



Teqlər: Türkiyə   Virus  





Xəbər lenti