Azərbaycanda pul kütləsi 20 faizdən çox artıb

   Azərbaycanda pul kütləsi 20 faizdən çox artıb
  22 Sentyabr 2021    Oxunub:859
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda pul kütləsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz artaraq 21,95 milyard manat təşkil edib.
Azvision.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 11,6 faiz artaraq 10,99 milyard manat, geniş pul kütləsi 16,2 faiz artaraq 31,3 milyard manata, sövdələşmələr üçün pul 20,7 faiz artaraq 18,94 milyard manata bərabər olub.

Azvision.az



Teqlər: Azərbaycan   Pul  





Xəbər lenti