Azərbaycanlı aktyor erməni rejissorun filmində

Azərbaycanlı aktyor erməni rejissorun filmində
  01 Aprel 2013    Oxunub:1944
Rusiyada çalışan erməni əsilli rejissor Sarik Andreasyanın son işi olan “Kişilər nələr edir” filmində baş rollardan birini azərbaycanlı aktyor Tahir Məmmədov oynayıb.
Tahir Məmmədov Bakıda doğulub, atası azərbaycanlı, anası ermənidir. KVN və “Comedy Club”-da iştirakı ilə məşhurlaşıb. Buna qədər kinoda ancaq 2008-ci ildə “Əsl rus detektivi” filmində oynamışdı.
Sarik Andreasyan 1984-cü ildə Yerevanda doğulub. “İşdə məhəbbət macərası. Bizim dövr”, “Hamilə”, “Analar”, “Zəmanətlə kişi” filmlərini çəkib. Komediya janrında işləyir.

Onların birgə işi olan “Kişilər nələr edir” komediyası tənqidçilərin fikrincə çox zəif olsa da, 2 milyon dollara başa gəlməsinə baxmayaraq, 20 milyon dollar qazanc götürüb. Filmdə 4 nəfər bir milyonçunun təşkil etdiyi «Seks-loto» oyununda ilştirak edir və 5 gündə mümkün qədər çox qadınla yatmağa çalışırlar.
Film 18 yaşdan yuxarı tamaşaçılar üçündür.


Teqlər:  





Xəbər lenti